Milli Gimnastika Arenasında bədii gimnastların mübarizəsi davam edir-YENİLƏNİR

Milli Gimnastika Arenasında bədii gimnastların mübarizəsi davam edir-YENİLƏNİR






Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və 5-ci bölgələrarası kubok yarışları davam edir. 

"Olimpnews.az” xəbər verir ki, yarışların ilk üç günündə fərdi gimnastlar balacalar, yeniyetmələr, gənclər, qrup hərəkətləri komandaları isə balacalar və yeniyetmələr yaş kateqoriyalarında mübarizə aparırlar. Yarışlarda "Ocaq Sport” İdman Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, "AyUlduz” klubu, "Zirvə” İdman Klubu, "Sərhədçi” İdman Olimpiya Mərkəzi, Bakı Su İdmanı Sarayı, "Zabrat” İdman Klubunun təmsilçiləri, eləcə də, Sumqayıt şəhərinin, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri qüvvələrini sınayırlar.
Dünən balacalar (2008-2010) alətsiz, halqa və iplərdə, yeniyetmələr isə (2006-2007) qrup hərəkətləri üzrə lentlərdə mübarizə aparıblar.
Günün sonunda qrup hərəkətləri üzrə yeniyetmə gimnastlar arasında qaliblər müəyyənləşib.

Bu gün, dekabrın 7-də isə bədii gimnastlar gənclər (2003-2005) və yeniyetmələr (2006-2007) yaş kateqoriyasında halqa, top, gürzlər və lentlərdə mübarizə aparırlar.

2003-2005-ci il təvəllüdlü bədii gimnastların çoxnövçülük yarışlarında "Ocaq Sport” İdman Klubunun təmsilçiləri fərqləniblər. Belə ki, mükafatalayiq yerləri bu klubun idmançıları tutublar.
Bu yaş kateqoriyasında ən güclü gimnast adını Fatimə Əkbərova qazanıb. O, qızıl medalı boynundan araq Azərbaycan çempionu tituluna layiq görülüb.
Müvafiq olaraq 2-ci və 3-cü yerləri Məryəm Səfərova və İlona Zeynalova tutublar.

Bölgələrarası kubok yarışları dekabrın 9-da keçiriləcək. 

Yarışlara dekabrın 9-da yekun vurulacaq.