FİG yeni idman növünü nizamnaməyə daxil edib

FİG yeni idman növünü nizamnaməyə daxil edib



Beynəlxalq Gimnastika Federasiyası (FIG) parkuru gimnastika növlərindən biri kimi qəbul edərək təşkilatın nizamnaməsinə daxil edib. Bu barədə FIG-in mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Həmin qərar FİG-in dekabrın 2-dən 3-dək Bakıda keçirilən 82-ci Konqresində qəbul edilib.

FIG 2017-ci ildə test rejimində parkur üzrə dünya kubokunun iki mərhələsini keçirib. Yarışlar Fransanın Monpelye və Çinin Çendu şəhərlərində təşkil olunub. Parkur növü üzrə ilk rəsmi dünya çempionatının 2020-ci ilin may-iyun aylarında keçirilməsi planlaşdırılır.