Dekabrın 18-dən 20-dək Bakı İdman Sarayında böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatı keçiriləcək.
"Olimpnews.az" xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunacaq yarışda 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.
Turnirin açılış mərasimi dekabrın 19-da keçiriləcək.
Reqlamentə əsasən, ilk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Ertəsi gün bu növdə medal görüşləri keçiriləcək. Dekabrın 19-da sərbəst güləşçilərin mübarizəsinə də start veriləcək. Sərbəst güləşçilərin qızıl və bürünc medal uğrunda qarşılaşmaları isə dekabrın 20-də baş tutacaq.