Azərbaycan Qılıncoynatma Federasiyasının nümayəndəsi beynəlxalq konqresdə iştirak edib

Azərbaycan Qılıncoynatma Federasiyasının nümayəndəsi beynəlxalq konqresdə iştirak edib


Beynəlxalq Qılıncoynatma Federasiyası (FİE) Parisdə cari ilə yekun vurub. Ənənəvi olaraq, hər ilin sonunda keçirilən konqresdə 135 milli federasiyanın nümayəndələri, İcraiyyə Komitəsinin üzvləri və fəxri qonaqlar iştirak ediblər.
"Qılıncoynatma - bizim gələcəyimizdir” şüarı altında keçirilən konqresdə idmanın bu növünün gələcək inkişaf perspektivləri müzakirə edilib, müvafiq qərarlar qəbul edilib.
Azərbaycan Qılıncoynatma Federasiyasını FİE-nin konqresində baş katib Vasif Məmmədov təmsil edib.
Tədbirdən sonra qurumun 105 illiyi ilə bağlı qala-gecə keçirilib.