İdmana həsr olunan daha bir monoqrafiya işıq üzü görüb

İdmana həsr olunan daha bir monoqrafiya işıq üzü görüb


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin qələmə aldığı "Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Olimpiya, dünya Avropa çempionları və mükafatçıları (1962-2017)” (Yay Olimpiya oyunlarının proqramına daxil olan idman növləri üzrə) adlı monoqrafiya işıq üzü görüb.
Monoqrafiya Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) müstəqillik dövründə, ondan əvvəlki illərdə Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında iştirak etmiş, yüksək nailiyyətlər qazanmış tələbə və məzunlarının idman fəaliyyətlərinə həsr olunur. Müxtəlif fəsillərdə ayrı-ayrı dövrlərdə Idman Akademiyasının tələbə və məzunlarının yüksək nailiyyətləri necə gərgin idman mübarizəsi nəticəsində qazandıqlarını, bu zirvəyə çatmağın hansı zəhmət hesabına başa gəldiyini tarixi faktlarla geniş təhlil edilmişdir. Kitab Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor-müəllim heyəti, tələbələr, bədən tərbiyəsi və idman sahəsində çalışan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Monoqrafiya Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi şurasının 20 fevral 2018-ci il tarixli iclasında (protokol № 5 ) müzakirə edilərək, bəyənilmiş və nəşri məqsədəuyğun hesab olunmuşdur.