Bakıda “Coaching Education Level 1” məşqçilik kursları keçiriləcək

Bakıda “Coaching Education Level 1” məşqçilik kursları keçiriləcək


Bu gün Bakıda "Coaching Education Level 1” məşqçilik kursları start götürəcək. Beynəlxalq Badminton Federasiyasının (BBF) məşqçilərin biliklərinin təkmilləşdirilməsi üzrə təhsil komitəsi məşqçilərə ən yüksək səviyyəyə qədər öyrətmə imkanları yaradır. "Level 1” məşqçi kursları Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun və BBF-in dəstəyi, Milli Olimpiya Komitəsinin, Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı ilə keçiriləcək. Kurslarda Bakı ilə yanaşı, Gəncə, Lənkəran və Qubanı təmsil edən məşqçilər də iştirak edəcəklər.
Kursların moderatoru BBF-in Qərbi Asiya üzrə inkişaf meneceri Murtuza Validarvi olacaq. Kurslarda məşqçilər nəzəri və texniki biliklərə yiyələnəcəklər. Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçiriləcək "Level 1” kurslarında iştirakçılara Milli Olimpiya Komitəsi tərəfindən sertifikat, kursları uğurla başa vuran məşqçilərə isə BBF-in "Level 1” məşqçi sertifikatları təqdim olunacaq.
Qeyd edək ki, kurslara dekabrın 28-də yekun vurulacaq.