Güləş üzrə zona birinciliklərinə start verilib

Güləş üzrə zona birinciliklərinə start verilib



Güləş üzrə yeniyetmələr arasında zona birinciliklərinə start verilib.
Fevralda təşkil olunacaq Azərbaycan çempionatına seçim xarakteri daşıyan yarışlar beş məkanda keçirilir. Belə ki, yanvarın 22-23-də Sabirabadda, yanvarın 24-25-də Sumqayıtda təşkil olunan yarış, yanvarın 26-27-də Yevlaxda, yanvarın 29-30-da isə Gəncədə yeniyetmə güləşçilərin mübarizəsi ilə davam edəcək. Bakı çempionatına isə yanvarın 22-dən start verilib, yarış bu ayın 26-dək davam edəcək. Bu yarışda paytaxtın gənc güləşçiləri də qüvvələrini sınayırlar.