Azərbaycan Gimnastika Federasiyasının yerli məşqçilər üçün təşkil etdiyi və Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyası tərəfindən keçirilən kişi idman gimnastikası üzrə 2-ci dərəcəyə aid məşqçilik kurslarının nəticələri açıqlanıb.
Bakıda keçirilən kurslarda iştirak edən 12 məşqçimizin hər biri imtahanları uğurla verərək, məşqçilik üzrə 2-ci dərəcəyə sahib olublar.
Qeyd edək ki, həm nəzəriyyə, həm də təcrübi hissələrindən ibarət olan kurslarda biomexanika, anatomiya və psixologiya mövzuları üzrə təlimlər FİG-nin mütəxəssisləri Levit Andrey (Polşa) və Kris Evans (Böyük Britaniya) tərəfindən keçirilib.