Pəhləvanlarımız “Təxti kuboku”nda 3 medal qazandılar

Pəhləvanlarımız “Təxti kuboku”nda 3 medal qazandılar


İranın Əndimeşk şəhərində keçirilən yunan-Roma güləşi üzrə "Təxti kuboku” yarışlarına yekun vurulub.
39-cu dəfə təşkil olunan ənənəvi yarışda ölkəmizi yığmamızın böyük məşqçisi Rövşən Bayramov və məşqçi Emin Əhmədovun rəhbərliyi altında 10 güləşçi təmsil edib. İran, Azərbaycan, Gürcüstan, Ermənistan, Kuba, Çin, Xorvatiya, Serbiya və Fələstin pəhləvanlarının mübarizə apardığı turnirdə Azad Əliyev (72 kq) gümüş, Ziyad Zeynalov (55 kq) və Arif Niftullayev (97 kq) isə bürünc medal qazanıblar. Mikayıl Rəhimov (60 kq), Zaur Nuriyev (63 kq), Kərim Cəfərov (67 kq) və Elməddin Ramazanov (82 kq) beşinci yerlə kifayətləniblər.
Komanda hesabında millimiz 134 xalla 2-ci yeri tutub. İran (240) birinci, Gürcüstan (109) isə üçüncü olub. Qeyd edək ki, III dərəcəli beynəlxalq hakimimiz Elgün Məmmədov yarışda ədaləti qoruyub.