Oğuz rayonunda güləş üzrə xatirə turnirinin qalibləri bəlli olub

Oğuz rayonunda güləş üzrə xatirə turnirinin qalibləri bəlli olub


Oğuz rayon Gənclər və İdman İdarəsi və Uşaq Gənclər İdman Şahmat Məktəbinin (UGİŞM) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 29-cu il dönumu ilə bağlı yeniyetmə və gənclər arasında sərbəst güləş yarışı keçirilib.
Oğuz Olimpiya Kompleksində keçirilən xatirə turnirində 7 məşqçinin rəhbərliyi altında 74 idmançı qüvvəsini sınayıb. Əvvəlcə yarış iştirakçıları və rəsmi qonaqlar şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Yarışı giriş sözü ilə Oğuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov açıb. Sonra UGİŞM-nin direktoru Nizami Hüseyni çıxış edib. Yarışın nəticələrinə görə 46 kq cəki dərəcəsində çıxış edən Daşdəmir Umarov, 66 kq cəkidə Cəmil Şərifli Cəmil, 70 kq cəkidə isə İsmayıl Şərifov qalib adına layiq görülüblər.

Mükafatalayiq yerlər tutan pəhləvanlar Oğuz rayon Gənclər və İdman İdarəsi tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.