Pəhləvanlarımız Türkiyədən 5 medalla qayıdıblar

Pəhləvanlarımız Türkiyədən 5 medalla qayıdıblar


İstanbulda keçirilən Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirinə yekun vurulub. Güləş yığmamız 11 ölkədən 200-ə yaxın güləşçinin mübarizə apardığı ənənəvi yarışda 5 medal qazanıb.
Güləşçilərimizdən Murad Məmmədov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Taleh Məmmədov və (63 kq) Oyan Nəzəriani (130 kq) isə yarışı gümüş medalla başa vurublar. Rafiq Hüseynov (82 kq) və Orxan Nuriyev (97 kq) isə bürünc medalla kifayətləniblər. Yekunda 114 xal toplayan komandamız dördüncü yeri tutub.