İctimai Televiziya eksklüziv yayım hüququ əldə etdi

İctimai Televiziya eksklüziv yayım hüququ əldə etdi


Fevralın 8-də Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında anlaşma memorandumu imzalanıb. Memorandumu AMPK-nın prezidenti İlqar Rəhimov və İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov imzalayıblar. Anlaşma memorandumu hər iki qurum arasında qarşılıqlı əməkdaşlıq, informasiya dəstəyi, o cümlədən yarışların eksklüziv yayım hüququnun verilməsi ilə bağlıdır.