Triatlonçumuz reytinqdə 16-cıdır

Triatlonçumuz reytinqdə 16-cıdır


Beynəlxalq Triatlon İttifaqı fevral üçün yeni reytinq cədvəlini açıqlayıb. Milli komandamızın lideri Rostislav Pevtsov mövqeyini qoruyub. Belə ki, hesabında 2999,00 xal olan triatlonçumuz 16-cı pillədə qərarlaşıb. Reytinq cədvəlinə dəfələrlə dünya çempionu olan İspaniya idmançısı Mario Mola başçılıq edir. Cənubi Afrika Respublikasının təmsilçisi Riçard Myürrey və fransız Vinsent Lyuis ilk üçlüyü qapayıblar.