Ramzan Kadırov avtomobil hədiyyə etdi

Ramzan Kadırov avtomobil hədiyyə etdi


Çeçenistan prezidenti Ramzan Kadırov Həbib Nurməhəmmədovun atasına bahalı maşın bağışlayıb.
Bu barədə UFC çempionu öz "instagram” səhifəsində məlumat paylaşıb.
Çeçenistan lideri Ramzan Kadırov Rusiyanın qarışıq döyüş növləri ustası (MMA) Həbib Nurməhəmədovun atasına qara "Mercedes” bağışlayıb. İdmançı Çeçenistan başçısına göstərdiyi diqqətə görə minnətdarlıq edib. Nurməhəmmədov Kadırovun "qardaş Dağıstan xalqına” dəstək olan layiqli addımlar atdığını xatırladıb.
Xatırladaq ki, bundan əvvəl Kadırov dayanmadan dörd min dəfə "jim” edən beş yaşlı Rəhim Kuriyevə ağ "Mercedes” bağışlamışdı.