Batut gimnastikası və tamblinq üzrə Dünya kuboku yarışlarına sayılı günlər qalıb. Bununla bağlı Milli Gimnastika Arenasında böyük canlanma hiss olunur. Belə ki, milli komandamızın üzvləri və təlim-məşq toplanışı üçün Bakıya digər ölkələrdən gəlmiş Qazaxıstan, Özbəkistan və Bolqarıstan komandaları hazırlıq keçirlər.
Dünən MGA-da yoxlama-məşq toplanışı keçirilib və məşqdə Avstraliya, Yeni Zellandiya, İsveçrə və Gürcüstan komandaları da iştirak ediblər.
Xatırladaq ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya verən Dünya kuboku yarışlarında 31 ölkənin 300-ə yaxın gimnastı mübarizə aparacaq.