Qadın paralimpiyaçılarımız Asiya çempionatını uğurla başa vurublar

Qadın paralimpiyaçılarımız Asiya çempionatını uğurla başa vurublar


Qış idman növləri üzrə Paralimpiya Milli Komandasının idmançıları Gülnar Rəhimova (dağ xizəyi) və Aytac Qasımova (snovbord) Asiya çempionatında uğurla çıxış edərək, vətənə medallarla qayıdıblar. Qeyd edək ki, bu, qış idman növləri üzrə ölkənin idman tarixində bir ilkdir.
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov qış idman növü üzrə Asiya çempionatında qızıl və gümüş medal alan Gülnar Rəhimova (dağ xizəyi) və Aytac Qasımovanı (snovbord) qəbul edib.
Komitənin prezidenti bildirib ki, qış idman növü üzrə ilk qızıl medal qazanılması əlamətdar hadisədir. Bu hadisənin ölkəmizdə rəğbətlə qarşılandığını deyən, komitə sədri idmançılarımıza yeni uğurlar arzu edib. İlqar Rəhimov Pekin-2022 Qış Paralimpiya Oyunlarını idmançılarımız üçün əsas hədəf olduğunu qeyd edib.
Xatırladaq ki, paralimpiyaçılarımız Gülnar Rəhimova yarışda 2 qızıl, Aytac Qasımova isə bir gümüş, bir bürünc medal qazanıb.