Qılıncoynadanlarımız Avropa çempionatına yollanırlar

Qılıncoynadanlarımız Avropa çempionatına yollanırlar

İyunun 16-da Xorvatiyanın paytaxtı Zaqreb şəhərində təşkil olunacaq qılıncoynatma üzrə Avropa çempionatı keçiriləcək. Turnirdə iştirak etmək üçün yığma komandamız iyunun 14-də Xorvatiyaya yola düşəcək. Təmsilçilərimiz bu yarışda Azərbaycan Qılıncoynatma Federasiyasının birinci vitse-prezidenti Yaşar Məmmədovun rəhbərliyi altında 4 idmançı ilə təmsil olunacaqlar.
İdmançılarımızdan Sevil Bünyatova, Sevinc Bünyatova, Sabina Mikina, Aidə Ələsgərova qalib adı uğrunda yarışacaqlar. Məlumat üçün qeyd edək ki, idmançılarımız iyunun 16-da şəxsi, 20-də isə komanda yarışlarında mübarizə aparacaqlar.