İdman dünyasını heyran edən istedad

İdman dünyasını heyran edən istedad


Qolf dünyasının ən kiçik nümayəndəsi Tommi Morrisey idman aləmində öz məşhurluğu ilə seçilir. Əlil olmasına baxmayaraq o qolf üzrə yarışlarda yaxından iştirak edir, tanınmış rəqibləri ilə qüvvəsini sınayır. Onun dünyanın ən güclü qolfçularında biri olan Tayqer Vudsla görüşü məhşur idman saytlarının manşetinə çevrilib. Tomminin məşqçisi Laura Dumanın dediklərindən: «Mən çox uşaqlarla işləmişəm. Lakin Tommi kimi istedadlısı ilk dəfədir ki, qarşıma çıxır. Əlil uşağın həyata olan sevgisi məni heyran edir. O, çox mülayim və bacarıqlıdır. Hesab edirəm ki, Tomminin böyük gələcəyi var».