Bakıda Formula 1 Qran-Prisi 2023-cü ilədək keçiriləcək

Bakıda Formula 1 Qran-Prisi 2023-cü ilədək keçiriləcək

Formula 1 Azərbaycan Qran-Prisi 2023-cü ilədək təşkil ediləcək.
Bununla əlaqədar fevralın 5-də Bakıda müqavilə imzalanıb. Müqaviləni Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Keri imzalayıblar.
Bakıda ilk dəfə Formula 1 Qran-Prisi 2016-cı ildə təşkil olunub. Baxımlılığı ilə seçilən Bakı yarışı həmişə ilin ən yaxşı Qran-priləri arasında yer alır.