“Təxti kuboku”na yekun vurulub

“Təxti kuboku”na yekun vurulub


İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə "Təxti kuboku” yarışlarına yekun vurulub. Ənənəvi yarışda 10 ölkədən - İran, Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Macarıstan, Hollandiya, Belarus, Qırğızıstan və Gürcüstandan olan pəhləvanlar mübarizə aparıblar. İlk yarış günündə baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında mübarizə aparan millimizin 4 üzvü - Əhmədnəbi Qvarzatilov (61 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) finala vəsiqə qazanıb. İkinci yarış günündə həlledici qarşılaşmalar keçirilib. Qvarzatilov finalda Uluqbəy Yoldaşbəyova (Qırğızıstan), Cəbrayıl Həsənov Bəhmən Teymuriyə (İran) məğlub olaraq gümüş medalla kifayətlənib. Ancaq H.Hacıyev Rza Əfzəli (İran) üzərindəki qələbəylə himnimizi Kirmanşahda səsləndirib. Mircəlal Həsənzadə (61 kq) və Şərif Şərifov (92 kq) bürünc medal qazanıblar. Beləliklə, komandamız 2019-cu ildə çıxdığı ilk turnirdə 1 qızıl, 3 gümüş və 2 bürünc medal əldə edib. Yığmamız komanda hesabında 2-ci yeri tutub. Xatırladaq ki, yarışda III dərəcəli beynəlxalq hakim Babək Allahverdiyev ədaləti qoruyub.