Bu həftə keçiriləcək UEFA Çempionlar Liqası və Avro Liqa matçılarının hər birində komandalar oyundan əvvəl Emilio Salanın xatirəsini bir dəqiqəlik sükutla yad edəcəklər. Bu barədə məlumatı UEFA prezidenti Aleksandr Çeferin jurnalistlərlə görüşdə bildirib. O, deyib: «Təyyarə qəzasında həyatını itirən Emilo Salanın itkisi bütün dünyanı sarsıdıb. Dünyanın hər biri yerində Salanın xatirəsi yad edilməlidir. Fürsətdən istifadə edib, mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm». Qeyd edək ki, futbol turnirlərində iştirak edən futbolçuların hər biri qara sarğıda çıxış edəcəklər.