«Ayaks» - «Real» matçının baş hakimi dəyişib

«Ayaks» - «Real» matçının baş hakimi dəyişib


UEFA tərəfindən Çempionlar Liqasının 1/16 final mərhələsində «Ayaks» - «Real» matçının baş hakimi dəyişib. Görüşü polşalı Şimon Marsinyakın əvəzinə sloveniyalı Damir Skomina idarə edəcək. Məlumat üçün bildirək ki, görüş fevralın 14-də Bakı vaxtılə saat 00:00-da başlayacaq.