«Real»ın braziliyalı müdafiəçisi Madrid klubunda darıxdığını bildirir. O, qeyd edib ki, keçmiş komanda yoldaşları Kriştianu Ronaldunun və Kiko Kasilyanın klubu tərk etməsi ona pis təsir edib. «Ronaldu ilə yaxından dostluq edirdim. Zarafat deyil, 9 il birlikdə eyni klubun şərəfini qorumuşuq. Onun gedişi mənə pis təsir etdi. Eyni zamanda Kikonun gedişi ilə barışa bilmirəm. Axı biz bir yerdə otururduq. İndi isə hər iki tərəfim boşdu. Ən yaxınlığımda Qaret Beyl var ki, o da ispan dilində danışa bilmir. Halbuki bu müddət ərzində bu dili bilmək olardı. Əlacsız qalıb, Beyllə əl hərəkətilə danışıram», - deyə Marselo öz düşüncələrini bölüşüb.