Respublika spartakiadasına yekun vurulub

Respublika spartakiadasına yekun vurulub

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin birgə qərarı və "Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş təhsil işçiləri arasında Respublika Spartakiadasına yekun vurulub.
Spartakiadanın proqramına idmanın 6 növü, o cümlədən şahmat, dama, nərd, voleybol, stolüstü tennis və futzal idman növləri daxil edilib. Yarışlarda 17 ali təhsil müəssisələrinin komandaları iştirak edib. Spartakiada iştirakçılarının sayı 450 nəfərə çatıb. Proqrama daxil edilən idman növləri üzrə yarışlar Həmkarlar İttifaqının Yasamal rayonundakı Şahmat-dama klubunda, Bakı Slavyan Universitetinin, Azərbaycan Texniki Universitetinin idman zallarında təşkil olunub. Spartakiadanın yekunlarına əsasən, aşağıdakı komandalar mükafatalayiq yerləri tutublar.

Şahmat

I yer - Milli Aviasiya Akademiyası
II yer - Azərbaycan Dillər Universiteti
III yer - Bakı Dövlət Universiteti

Dama
I yer - Sumqayıt Dövlət Universiteti
II yer - Bakı Dövlət Universiteti
III yer - Milli Aviasiya Akademiyası

Nərd

I yer - Musiqi Akademiyası
II yer - Gəncə Dövlət Universiteti
III yer - Azərbaycan Dövlət Texniki Universiteti


Stolüstü tennis
I yer - Gəncə Dövlət Universiteti
II yer - Bakı Slavyan Universiteti
III yer - Milli Aviasiya Akademiyası

Voleybol
I yer - Azərbaycan Dillər Universiteti
II yer - Sumqayıt Dövlət Universiteti
III yer - Bakı Slavyan Universiteti

Futzal
I yer - Milli Aviasiya Akademiyası
II yer - Azərbaycan Dövlət Texniki Universiteti
III yer - Sumqayıt Dövlət Universiteti

Ümumkomanda hesabında I yeri Sumqayıt Dövlət Universiteti tutub.
I yer - Sumqayıt Dövlət Universiteti
II yer - Milli Aviasiya Akademiyası
III yer - Azərbaycan Dillər Universiteti