"Fənərbaxça" Sankt-Peterburqa qələbə ilə gedir

"Fənərbaxça" Sankt-Peterburqa qələbə ilə gedir



Avropa Liqasında 1/16 final mərhələsinə start verilib. İlk oyun günündə bir görüş keçirilib. Bu mövsüm uğursuz çıxışı ilə yadda qalan "Fənərbaxça" İstanbulda Rusiya "Zenit"ini qəbul edib. 21-ci dəqiqədə İslam Slimaninin vurduğu qol türklərə qələbə qazandırıb. Komandalar arasında cavab oyunu fevralın 21-də Sankt-Peterburqda olacaq. Qeyd edək ki, bu mərhələnin ilk oyunlarına fevralın 14-də keçiriləcək 15 görüşlə yekun vurulacaq.


Avropa Liqası

1/16 finalın ilk oyunları

"Fənərbaxça” (Türkiyə) - "Zenit” (Rusiya) - 1:0
Qol: İ. Slimani, 21