Sulşer üçün ÇL-də qələbə qazanmaq hələ tezdir

Sulşer üçün ÇL-də qələbə qazanmaq hələ tezdir


Fevral 12-də Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib. İlk oyun günündə iki görüş keçirilib. "Roma" İtaliyada "Porto" ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. Eyni vaxtda start götürən digər görüşdə isə PSJ "Mançester Yunayted"in qonağı olub. İkinci hissədə 2 qol vuran fransızlar Parisə sərfəli nəticə ilə dönüblər. Bu, eyni zamanda "qırmızı şeytanlar"ın baş məşqçisi Ole-Qunnar Sulşerin Mançester təmsilçisinin sükanı arxasında ilk məğlubiyyəti olub.

Qeyd edək ki, komandalar arasında cavab oyunları martın 7-də keçiriləcək.
Onu da əlavə edək ki, bu mərhələdən etibarən ÇL-də VAR (videotəkrar) sistemindən istifadə olunmağa başlanılıb.


Çempionlar Liqası, 1/8 finalın ilk oyunları
12 fevral
"Roma” (İtaliya) - "Porto” (Portuqaliya) - 2:1
Qollar: N. Zaniolo, 70 (1:0), 77 (2:0), A. Lopez, 79 (2:1)

"Mançester Yunayted” (İngiltərə) - PSJ (Fransa) - 0:2
Qollar: P. Kimpembe, 53 (0:1), K. Mbappe, 60 (0:2)
Qırmızı vərəqə: Pol Poqba, 90