Badmintoçularımız reytinq siyahısında irəliləyiblər

Badmintoçularımız reytinq siyahısında irəliləyiblər


Azərbaycanı təmsil edən badmintonçular Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Beynəlxalq Badminton Federasiyasının açıqladığı yeni reytinq siyahısında irəliləyiblər.
Hesabında 19 min 810 reytinq xalı olan Edi siyahıda 83-cü pillədə qərarlaşıb. Cədvəldə 3 pillə irəliləyən Ezmi Qovimuramadhoni isə 11 min 220 xalla 155-cidir. Edi-Ezmi tandemi kişi badmintonçuların qoşa reytinqində də irəliləyişə nail olub. Badmintonçularımız 21 min 200 xalla 66-cı sıradadır.