Bu gün Bakıda Avropa Klublar Birliyinin (ECA) regional iclası keçirilib. "Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə paytaxtımızda keçirilən iclasda Türkiyə, ("Beşiktaş", "Fənərbaxça", "Başakşehir") İsrail ("Makkabi" (Hayfa), "Makkabi" (Tel-Əviv)) və MDB ölkələrinin ("Zenit", "Zimbru", "Daçia", "Dinamo" (Minsk), ÇSKA (Moskva) "Jalgiris"), "Neftçi", "Qəbələ" və"Qarabağ”klublarının nümayəndələri iştirak ediblər.İclasda 2021-24-cü illərdə olacaq yarışların reqlamenti və keçirilməsi, Avropa Liqası-2 turnirinin mahiyyəti müzakirə olunub.