"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunner Sulşer Çempionlar Liqasının 1/8 finalında PSJ-yə 0:2 hesabı ilə uduzduqları ilk oyunu şərh edərkən bunları deyib: "PSJ birinci qoldan sonra oyuna nəzarət etməyə başladı. Uzun müddət idi bu səviyyədə oynamadığımızı və öyrənməli olduğumuzu gördük. Bizim üçün yaxşı təcrübə oldu.”
"Zədələrin məğlubiyyətə səbəb olduğunu demək düzgün deyil. Bizdə yüksək səviyyəli oyunçular və onlar əvəzetmə ilə meydana çıxdılar. Amma Linqard və Marsyal önəmli futbolçulardır.Ümid edirəm ki, onların zədəsi ciddi deyil" - deyə o, əlavə edib.