London klubunun rəhbərliyi istefaya göndərməyə hazırlaşdığı Mauritsio Sarrinin əvəzinə komandaya fransalı mütəxəssisi gətirməyi planlaşdırır. Belə ki, "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan "Çelsi"ni çalışdıra bilər.
Qeyd edək ki, "Çelsi"nin İngiltərə Premyer Liqasının 26-cı turunda "Mançester Siti”yə 0:6 hesablı məğlubiyyətindən sonra 60 yaşlı mütəxəssisin istefaya göndəriləcəyi xəbərləri yayılıb.