PSJ-nin futbolçusu Neymar sabiq klubu "Barselona"nın həkimlərinə müraciət edib.
O, ayaq sümüyünün müalicəsi üçün bu addımı atıb.
Braziliyalı hücumçu zədəsi ilə bağlı Kataloniya klubunun tibbi qərargahı ilə məsləhətləşib. Həkimlər ona əməliyyat olunmağı məsləhət görüb. Ancaq o, cərrahi müdaxilə olmadan müalicəni üstün tutub.
Qeyd edək ki, Neymar Fransa kubokunun 1/16 finalında "Strasburq"a qarşı matçda zədələnib. Onun martın sonuna kimi oynamayacağı gözlənilir.