Qripə yoluxduğu üçün oyunda iştirak edə bilməyəcək

Qripə yoluxduğu üçün oyunda iştirak edə bilməyəcək


"Real”ın müdafiəçisi Rafael Varan Çempionlar Liqasının 1/8 final mərhələsində "Ayaks”la bu gecə keçiriləcək oyunda iştirak etməyə bilər. Buna səbəb fransalı futbolçunun qripə yoluxmasıdır. Komandasının dünənki məşqini buraxan Varanın oynayıb-oynamayacağı matça bir neçə saat qalmış bilinəcək. Əgər Varan görüşü buraxmalı olsa, onun əvəzinə Naço Fernandes meydana çıxacaq.
Qeyd edək ki, "Ayaks” – "Real” görüşü Bakı vaxtı ilə 00:00-da başlayacaq.