Çempionlar Liqası, 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində gecənin ən maraqlı görüşü Amsterdamda keçirildi. Çempionlar Liqasının ardıcıl üçqat qalibi «Real» səfərdə «Ayaks»ın qonağı olub. Ev sahibləri 37-ci dəqiqədə qol hesabını açsalar da, baş hakim Damir Skomina VAR sisteminə müraciətdən sonra Nikolas Talyafikonun vurduğu qolu saymayıb. İlk hissəsi qolsuz bərabərliklə bitən matçda fasilədən sonra üç qol vurulub. Əvvəlcə Kərim Benzema fərqlənib. Hakim Ziyeş isə hesabı bərabərləşdirib. Oyunun əsas vaxtına üç dəqiqə qalmış Marko Asensio «Real»ın qələbə qolunun müəllifi olub.
Çempionlar Liqası, 1/8 final mərhələsinin ilk oyunları
13 fevral
00:00. "Ayaks" (Hollandiya) - "Real" (İspaniya) - 1:2
Qollar: Kərim Benzema, 60 (0:1), Hakim Zieş, 75 (1:1), Marko Asensio, 87 (1:2)
37-ci dəqiqədə VAR sisteminə müraciətdən sonra Nikolas Talyafikonun ("Ayaks") qolu ləğv olunub.