Nüfuzlu idman nəşri olan «France Football» nəşri özünün internet səhifəsində bütün dövrlərin ən yaxşı qapıçılarının adlarını açıqlayıb. Siyahıda birinci pilləni dahi Sovet qapıçısı Lev Yaşin tutub. Bir neçə gün əvvəl dünyasını dəyişən ingiltərəli Qordon Benks ikinci, italiyalı Dino Zoff üçüncü olub.
Siyahıda həmçinin Canluici Buffon (İtaliya), Manuel Noyer (Almaniya), Peter Şmeyhel (Danimarka), Zepp Mayer (AFR), İker Kasilyas (İspaniya), Edvin van der Sar (Hollandiya) və Piter Şilton (İngiltərə) kimi əfsanə qapıçıların adlarına rast gəlmək olar.