Vaterpolçular arasında kütləvi dava - VİDEO

Vaterpolçular arasında kütləvi dava - VİDEO


Kazanda vaterpol üzrə Rusiya çempionatının 11-ci turu çərçivəsində yerli "Sintez” komandası ilə Volqoqradın "Spartak” komandası arasında keçirilən matç kütləvi davaya görə dayandırılıb.
Matçın bitməsinə 4 dəqiqə 9 saniyə qalmış bir neçə idmançı Volqoqrad komandasının qapısı yanında əlbəyaxa olub. Ehtiyat idmançılar skamyasında oturanlar onların köməyinə tələsiblər. Komandaların məşqçiləri də hovuzun kənarında tutuşublar. Yarışın hakimi onları ayırıb. Həmin vaxt hesab "Spartak” komandasının xeyrinə 9:6 olub. Arbitrlərin qərarına görə matç dayandırılıb.