Ölkə çempionatı davam edir

Ölkə çempionatı davam edir


Həndbol üzrə ölkə çempionatında növbəti görüş keçirilib. "ABU Arena”da baş tutan qadınların mübarizəsində "Qarabağ” və "Gənclər Birliyi” komandaları üz-üzə gəliblər.
Qarşılaşma "Qarabağ”ın 35:20 hesablı qələbəsi ilə başa çatıb.
Fevralın 16-da çempionat çərçivəsində "Azəryol”-"İdman Akademiyası” və "Qarabağ”–"Azərsu” oyunları keçiriləcək.