Yığmamız məşqlərə start verib

Yığmamız məşqlərə start verib


Sərbəst güləş üzrə yığmamız ayın 14-dən etibarən növbəti təlim-məşq toplanışına başlayıb.
Yanvarda Dağıstanın paytaxtı Mahaçqalada hazırlıq keçən millimiz bu dəfə Rusiyanın məşhur kurort şəhəri Kislovodska yollanıb. Dünən vətəni tərk edən komandamız fevralın 27-dək qonşu ölkədə təlim-məşq toplanışı keçəcək. Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 16 güləşçi hazırlıq prosesində iştirak edir. Toplanışda fiziki yükləmələrlə yanaşı, taktiki-texniki hazırlığa da diqqət yetiriləcək. Nümayəndə heyətinin rəhbəri AGF-nin sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudovdur.
Qeyd edək ki, müxtəlif səbəblərdən Mahaçqala toplanışını buraxan Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) da Kislovodska yollanıb.