Futbol üzrə millimizin üzvü Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Özbəkistanın "Navdaxor” klubu ilə keçirilən görüş Ukrayna təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.Zədəsini yenicə sağaldan Paşayev matçın 81-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, millimizin müdafiəçisi ötən ayın sonundan zədədən əziyyət çəkirdi.