"Barselona" baş məşqçisi Ernesto Valverde ilə müqavilənin müddətini uzadıb.
Yeni sözləşməyə əsasən ispaniyalı mütəxəssis 2020-ci ilin yayına qədər komandanın sükanı arxasında olacaq. Bu müddət başa çatdıqdan sonra anlaşmanın müddəti daha bir il artırıla bilər.
Qeyd edək ki, 2017-ci ilin yayında "Barselona”ya baş məşqçi təyin edilən Valverde ilə 2 illik müqavilə imzalanmışdı.