"Azərbaycan Gimnastika Federasiyası idmançıları böyük qonaqpərvərliklə qəbul edir”.
Bu sözləri "olimpnews.az” saytına müsahibəsində Yeni Zelandiya gimnastı Dilan Şimidt deyib.
"Mən Bakıda ilk dəfədir ki, çıxış edirəm. Ümumiyyətlə, 2017-ci ildən zədə səbəbindən yarışlarda iştirak etmirdim.
Azərbaycan xalqının qonaqpərvərliyindən heyran qaldım. Bakıya yarışlardan 1 həftə əvvəl gəlmişik. Bu turnir bütün burada iştirak edən idmançılar kimi mənim üçün böyük əhəmiyyət daşıyır. Ağır zədədən sonra lisenziya yarışında iştirak etmək və Tokio-2020 Olimpiadasına vəsiqə qazanmaq mənim üçün böyük stimul olardı.
Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışı keçirilir.
Turnirdə 30 ölkədən 160-dən artıq gimnast mübarizə aparır.
Yarışda Azərbaycanı 5 gimnastımız təmsil edir.