“Akhisarspor”da məşqçi dəyişikliyi

“Akhisarspor”da məşqçi dəyişikliyi


Türkiyənin "Akhisarspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Superliqa klubunu sabiq baş məşqçilərindən olan Cem Kavçak çalışdıracaq.
Bu barədə klubun prezidenti Hüseyn Eryuksel Türkiyə mətbuatına açıqlamasında məlumat verib. O, Kavçakla mövsümün sonunadək anlaşdıqlarını bildirib.
Qeyd edək ki, "Akhisarspor” hazırda Superliqada 18 klub arasında sonuncudur.