Dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıb

Dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıb

Bakıda keçirilən Dünya kuboku yarışlarının da kişi və qadın batutçuların
fərdi proqram üzrə qalibləri mükafatlandırılıb.
Belarus idmançısı Vladislav Xançarov batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının qızıl medalına sahib olub.
Belarus təmsilçisi kişi batutçular arasında fərdi proqram üzrə yarışlarda 61,590 xalla bütün rəqiblərini qabaqlayıb. Çin idmançısı Donq Donq 60,320 xalla gümüş, yaponiyalı Daiki Kişi 59,365 xalla bürünc medal qazanıb.

Qadın batutçular arasında fərdi proqram üzrə yarışlarda Çin idmançısı Linqlinq Liu 57,050 xalla dünya kuboku yarışlarının qalibi olub.
Kanadalı dünya çempionu Rosannaq Maklenan 56,245 xalla yarışı ikinci, Yaponiya gimnastı Çisato Doihata isə 55,800 xalla üçüncü pillədə başa vurublar.
Hazırda kişi batutçular arasında fərdi proqram üzrə final yarışları keçirilir.
Turnirdə 30 ölkədən 160-dən artıq gimnast mübarizə aparır.
Yarışda Azərbaycanı 5 gimnastımız təmsil edir.