Azərbaycan gimnastı Dünya Kuboku yarışlarında gümüş medal qazanıb

Azərbaycan gimnastı Dünya Kuboku yarışlarında gümüş medal qazanıb

Azərbaycan idmançısı Mixail Malkin Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının gümüş medalını qazanıb.
Avropa çempionu olan gimnastımız tamblinq yarışlarının final mərhələsində 74,600 xalla ikinci olub.
Dünya Kuboku yarışlarının qalibi 75,100 xalla rusiyalı Vadim Afanasyev olub. Digər Rusiya təmsilçisi Maksim Riabikov isə 72 xalla üçüncü olub.
Tamblinq yarışları başa çatdıqdan sonra qalib idmançılar mükafatlandırılıblar