Mixail Malkin: “Gümüş medal da yaxşı nəticədir”

Mixail Malkin: “Gümüş medal da yaxşı nəticədir”



"Ruhdan düşmürəm və gələcək yarışlarda bundan da yaxşı çıxış etməyə çalışacağam”
Bu sözləri "www.olimpnews.az” saytına müsahibəsində Azərbaycan gimnastı, Avropa çempionu Mixail Malkin deyib.
Qalib olan idmançı Dünya rekorduna müəyyənləşdirmiş olur. Heyif ki, bunu edə bilmədim. Medalı əldən verməmək üçün çox ehtiyatlı hərəkət etməyə çalışırdım. Bəlkə də burada səhvə yol verdim. Lazım olan olan hərəkəti etsəydim birinci yeri tuta bilərdim. Amma gümüş medal da yaxşı nəticədir. Ruhdan düşmürəm və gələcək yarışlarda bundan da yaxşı çıxış etməyə çalışacağam.
Yarışın təşkilatçılıq səviyyəsi, tamaşaçıların alqışları hər şey yüksək səviiyədə idi. Qarşıda bizi 3 Dünya kuboku və noyabr ayında Yaponiyanın Tokio şəhərində keçiriləcək dünya çempionatı gözləyir.