Fevralın 16-da azərbaycanlı atletlər İstanbulda keçirilən XXIV qapalı məkanlarda Balkan oyunları beynəlxalq turnirində iştirak ediblər.
Azərbaycanlı atletlərdən Nazim Babayev yarışda üç təkanla tullanma növü üzrə gümüş medal qazanıb. Digər qız atletimiz Zəkiyyə Həsənova isə 60 metr məsafəyə qaçışda 7.37 saniyə ilə Azərbaycan rekordu vurub.
Qeyd edək ki, beynəlxalq turnirdə Əməkdar məşqçi Ceyhun Hüseynov və Ziyad Xəlfəliyevin rəhbərliyi altında Nazim Babayev, Teymur Salamlı, Yadulla İbrahimov, Səid Nəcəfzadə, Fəxriyyə Tağızadə, Zəkiyə Həsənova, Lamiyə Vəliyeva və Yelana Pextireva mübarizə aparıblar.