Lukaku satıla bilər

Lukaku satıla bilər

İngiltərənin "Mançester Yunayted” klubu hücumçusu Romelu Lukakunu yay transfer pəncərəsində satmaq niyyətindədir.
"Mançester Yunayted” Lukakunun satışından 85 milyon avro qazanc əldə etmək istəyir. Lukakunun satışından əldə olunan məbləğlə klub rəhbərliyi İtaliyanın "İnter” klubunun hücumçusu Mauro İkardini transfer etmək istəyir.
Həmçinin klub Romelu Lukakunun əvəzinə alternativ olaraq "Yuventus”un futbolçusu Paulo Dibala və Portuqaliyanın "Benfika” komandasının hücumçusu Joao Feliksi transferini nəzərdən keçirir.
Qeyd edək ki, "qırmızı şeytanlar” Romelu Lukakunu 2017-ci ildə 84,7 milyon avro müqabilində İngiltərənin "Everton” klubundan transfer etmişdi.
Lukaku "Mançester Yunayted”in heyətində 83 oyuna meydana çıxıb və 36 dəfə fərqlənib. 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında Lukaku Belçika millisinin heyətində mundialın bürünc medallarına sahib olub. O, milli komandanın heyətində 79 oyunda 45 dəfə rəqib qapısına yol tapıb.