Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd İbn Salman "Mançester Yunayted"i almaqda israrlıdır. Şahzadə "qırmızı şeytanlar" üçün 4,9 milyard dollar verməyə hazırdır. Onun İngiltərə klubunun hazırkı sahibi Avram Qleyzerlə də görüşdüyü bildirilib.
Qeyd edək ki, Məhəmməd İbn Salman ötən il də "Mançester Yunayted"i almağa cəhd göstərmişdi. O, həmin vaxt qarşı tərəfə 3 milyard dollar təklif etsə də, Qleyzerlər ailəsi bu görüşdən və klubun satılmasından imtina etmişdi.
Şahzadə futbol komandası alacaq
