Millimizin rəqibi məlumdur

Millimizin rəqibi məlumdur


Azərbaycan milli komandası yoldaşlıq oyununda qüvvəsini sınayacaq.​ 

​ AFFA-nın yaydığı xəbərə görə, millimiz "Bakcell Arena”da Litva​ ilə qarşılaşacaq. Martın 25-də keçirilcək görüş​ saat 18:00-da başlayacaq.​ 

Xatırladaq ki, millimiz martın 21-də AÇ-2020-nin seçmə mərhələsində Xorvatiyanın qonağı olacaq.