Klub prezidenti Messi soyuqlamasını arzulayır

Klub prezidenti Messi soyuqlamasını arzulayır


Bu gün keçirilən matç barəsində "Lion"un prezidenti Jan-Mişel Olyas maraqlı açıqlama verib. Onun sözləri xarici KİV-lərin xəbər manşetinə çevrilib. Belə ki, klub rəsmisi Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün "Barselona" ilə keçiriəcəkləri oyundan danışaraq deyib: "Biz 2004-cü ildə Ronaldolu "Mançester Yunayted"ə qarşı oynamışıq. Kriştianu sadəcə, raket kimi idi.
Bekhem və Messi kimi futbolçulara qarşı da mübarizə aparmışıq. Ancaq Leo heç vaxt bizə qarşı inamlı oynamayıb. Bu ənənənin davam edəcəyinə inanırıq. Messi soyuqlasa, bizim üçün yaxşı olacaq".
Qeyd edək ki, "Lion" - "Barselona" oyunu bu gecə, Bakı vaxtı ilə 00:00-da başlayacaq