Fransanın qış idman növləri üzrə Olimpiya yığması 2014-cü ildə keçiriləcək XXII Olimpiadada 15 medal qazanmaq niyyətindədir. Fransızlar bu medallardan 5-nin qızıl olacağını düşünürlər. Qeyd edək ki, Fransa yığması öz təlim-məşqlərini Premanone və Şamonidə keçirir. Biatlonçular, xizəkçilər və konkisürənlər 6 qarışıq komandaya bölünərək fiziki hazırlıq keçirlər. "Olimpiada ilə bağlı Fransa yığması qarşısında tapşırıq 2 il bundan əvvəl qoyulmuşdu. Düşünürəm ki, Soçi-2014-də 15 medal qazana bilərik və onlardan, ən azı, 5-i qızıl olmalıdır”, - deyə Fransa yığmasının dağ xizəyi idmanı üzrə texniki direktoru Fabyen Saqeza bildirib.